Bakının Nərimanov, Səbail, Yasamal və Nizami rayonları ilə bağlı VACİB YENİLİK

 

Paytaxt ərazisində bəzi çoxmənzilli binaların qiyməti arta bilər. Buna səbəb həm dövlət ipotekasına, həm də bankların təklif etdiyi daxili ipoteka təkliflərinə yararlı olan mənzillərin artıq 1970-ci ildən sonra istifadəyə verilən binalara aid deyil, 2000-ci ildən sonra istifadəyə verilən binalara şamil olunmasıdır. Belə olan halda bazarda ipotekaya salınacaq 2000-ci ildən sonra istifadəyə verilən binalara tələbat artacaq.  

"Demokratikmusavat.com" xəbər verir ki, mövzu ilə bağlı BAKU.WS-ə açıqlama verən əmlak məsələri üzrə ekspert Ramil Qasımlı 2000-ci ildən sonra istifadəyə verilən binalardakı evlərə tələbatın çoxalmasının həmin mənzillərdə qiymət artımına səbəb olacağını deyib:

"Həmin binalarda qiymət artımı olacaq. İpoteka ilə bağlı təklif ildən-ilə azalır, azaldıqca da bu qiymətləri artırır. Bu da öz növbəsində həmin çoxmənzilli binaların qiymətində bahalaşma yaradacaq, hətta ola bilsin ki, həmin evləri əldə etmək mümkün olmasın. Çünki sözügedən binalarda mənzillər 100 kvadratmetrdən çoxdur. Həmin binalarda evlərin bir kvadratmetri 2000 AZN-dən hesablanır. Bu da 200 min AZN edir. Nəticədə vətəndaş həmin imkandan yararlana bilməyəcək. Bu da çətinlik yaradacaq".

Ekspert qiymət artımı olacaq binaların (ipotekaya salınacaq 2000-ci ildən sonra tikilən binalar) Bakının hansı ərazisində yerləşdiyini də açıqlayıb.

Onun sözlərinə görə, belə binalar əsasən Nərimanov, Səbail, Yasamal, Nizami, Xətai rayonlarda, o cümlədən Nəsimi bazarı yaxınlığında yerləşir, qismən Suraxanı və Qaradağ kimi rayonları da əhatə edir.

Ramil Qasımlı açıqlaması zamanı, qiymət artımının alıcılıq qabiliyyətini aşağı sala biləcəyini də istisna etməyib:

"Proqnozlara görə, sahəsi kiçik olan mənzillərin qiyməti daha çox arta bilər. 2000-ci ildən sonra istifadəyə verilən ipotekaya daxil olacaq binalar 100 kvadratmetrdən az deyil. Bu da ola bilsin ki, alıcıların cibinə uyğun olmasın. Belə olan halda bazarda tələb azalacaq, qiymət artımı da alınmayacaq".

0.17041087150574