Ukraynalılar İran dronlarını telefon proqramı ilə aşkarlayacaqlar

 

Rusiya ilə Ukrayna arasında aylardır davam edən müharibədə pilotsuz təyyarələr böyük əhəmiyyət kəsb edib. Ağır silahlarla müqayisədə həm xərc baxımından üstünlüklü, həm də geniş istifadə imkanları ilə fiksator olan pilotsuz təyyarələr üçün Rusiya ilə mübarizə aparan ukraynalılar tapdıqları üsulla böyük bir həmrəylik şəbəkəsi yaradıblar...

"Demokratikmusavat.com" "Bizimyol.info"-ya istinadən xəbər verir ki, Ukrayna müharibə başlayandan bəri aylar boyu ölümcül uzaqmənzilli raket zərbələri ilə üzləşib, lakin ötən ay Rusiyanın yüzlərlə ucuz, İran istehsalı olan Şahed-136 pilotsuz uçan aparatını şəhərlərə və Ukraynanın infrastrukturuna atəşə tutması ilə hücumlar sürətlənib.

Məlumata görə, “Shahed-136” pilotsuz təyyarələrinin kiçik ölçüləri və alçaq uçuş yolları, adətən, yerdən cəmi 30 metr hündürlükdə olması adi radarlar tərəfindən aşkarlanmasını çətinləşdir. Bununla belə, bu dronlar hədəflərinə yaxınlaşdıqca hündürlüklərini artırır və yüksək sürətlə yerə doğru hərəkət edirlər.

Bildirilir ki, bu dronlar Ukraynanın elektrik stansiyalarını və elektrik şəbəkələrini bombalamaqda xüsusilə təsirli olub, Kiyevdə və bir çox başqa şəhərlərdə elektrik enerjisinin kəsilməsinə səbəb olub. Beləliklə, siyasətçilər və hərbçilər bu dronları dayandırmaq üçün müxtəlif yollar tapmağa çalışıblar.

Məlumat üçün bildirək ki, ukraynalı könüllülər tərəfindən mülki şəxslərə Rusiya pilotsuz təyyarələri və raketlərinin yaxınlaşdığını gördükləri barədə məlumat vermək üçün sadə mobil telefon proqramı hazırlanıb. Ukraynalılar indi bu proqram sayəsində dronlar yerə enmədən və hədəfləri vurmadan öncə xəbərdar olacaqlarına ümid edirlər.

“ePPO” adlı proqram telefonun GPS və kompasından asılı olaraq işləyir. İstifadəçilər yalnız öz cihazlarını daxil olan obyektə yönəltməli və Ukrayna ordusuna məkan hesabatı göndərmək üçün bir düyməni sıxmalıdırlar.

Təhlükəsizlik səbəbindən “ePPO” proqramı ukraynalılara şəxsiyyət vəsiqələrini, sürücülük vəsiqələrini və digər rəsmi sənədləri telefonlarında saxlamağa imkan verən daxili “Diia” hökumət proqramı ilə işləyir. Bu o deməkdir ki, proqramdan vətəndaş olmayanlar istifadə edə bilməz.

Tətbiq yalnız üç həftədir ki, Google Android əməliyyat sistemli telefonlarda mövcuddur. Bir neçə gün ərzində Apple-in də təsdiqi gözlənilir.

Quraşdırılması cəmi bir neçə dəqiqə çəkən proqram barmaq izi və “Diia”-dan endirmə və təsdiqlə işləyir.

0.16781497001648