Baydenin növbəti səhvi gündəm oldu: ABŞ-dakı ştatların sayını səhv dedi

 

Amerika Prezidenti Cozef Bayden ABŞ-dakı ştatların sayını səhv deyib.

Demokratikmusavat.com xəbər verir ki, 2018-ci ildə demokratların Pensilvaniya ştatında apardığı seçki kampaniyasından danışan Bayden ABŞ-ın 54 ştatında səfərdə olduqlarını qeyd edib:

“Zarafat etmirəm. Ona görə də 2018-ci ildə qalib gəldik. Biz 54 ştata səfər etdik”.

Qeyd edək ki, Amerika 50 ştatdan və bir federal dairədən ibarətdir.

0.2392270565033