Rusiya kəşfiyyatı Almaniyada fəallaşıb

 

Son vaxtlar Almaniyada Rusiya və Çin də daxil olmaqla, xarici kəşfiyyat orqanlarının fəallığı artıb.

"Demokratikmusavat.com" xəbər verir ki, bunu Almaniya hərbi əks-kəşfiyyatının (MAD) rəhbəri Martina Rozenberq deyib.

“Dövlət tərəfindən idarə olunan kəşfiyyat orqanları məlumat əldə etmək, təsirlərini artırmaq və ölkələrinin maraqlarını təmin etmək üçün əllərində olan bütün vasitələrdən istifadə edirlər”, - Rozenberq bildirib.

Onun sözlərinə görə, Almaniyada dəfələrlə ölkənin Silahlı Qüvvələrinə məxsus obyektlərə, xüsusilə Ukrayna hərbçilərinin təlim keçdiyi təlim mərkəzlərinə casusluq cəhdləri olub.

0.29502511024475