Almaniya kansleri Çinə rəsmi səfər edəcək

 

Almaniya kansleri Olaf Şolts gələn həftə, noyabrın 4-də Çinə rəsmi səfər edəcək.

Demokratikmusavat.com ” xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bundan əvvəl Çin Xalq Respublikası Dövlət Şurasının Baş naziri Li Keçyan Almaniya kanslerini ölkəsinə dəvət etmişdi.

Bu, Şoltsun kansler vəzifəsinə gəldikdən sonra Çin rəhbərliyi ilə ilk üz-üzə görüşü olacaq.

Hazırda almaniyalı diplomatın çinli həmkarları ilə hansı məsələləri müzakirə edəcəyi məlum deyil.

0.20536303520203