Somalidə silahlıların nazirliyə hücumu zamanı 30 nəfər öldürülüb

 

Somalinin paytaxtı Moqadişonun mərkəzində “Aş-Şabab” terror qruplaşması silahlılarının ölkənin Təhsil Nazirliyinin binasına hücumu zamanı 30 nəfər ölüb.

Demokratikmusavat.com xəbər verir ki, bu barədə şənbə günü “Sky News Arabia” telekanalı məlumat yayıb.

Hücum kamikadzenin nazirliyin qarşısında iki avtomobili partlatması ilə başlayıb. Bunun ardınca bir qrup silahlı binaya daxil olub. Binanın içində silahlılarla təhlükəsizlik işçiləri arasında atışma olub.

Hazırda bina polis və ordu hissələri tərəfindən əhatəyə alınıb.

0.34622812271118