Paralel.az " xəbər v ..."> Paralel.az " xəbər v ...">

İzmirdə ağır qəza: Bir ölü, altı yaralı - FOTO

 

Türkiyənin İzmir şəhərinin Narlıdere rayonunda ağır yol nəqliyyat hadisəsi baş verib.

Demokratikmusavat.com xəbər verir ki, yük maşının əyləc sistemində yaran nasazlıq nəticəsində yük maşını minik avtomobilinə çırpılıb.

Minik avtomobili isə öz növbəsində yol kənarında olan evin bağçasında olan digər minik avtomobilinin üzərinə düşüb.

İnsident nəticəsində minik avtomobilinin sürücüsü hadisə yerindəcə ölüb.

Yük avtomobilində olan altı nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

3.7021639347076