Xalq yazıçısının “NAMƏHRƏM” sirləri

 

XALQ YAZIÇISININ “NAMƏHRƏM” SİRLƏRİ

Çingiz Abdullayevin jurnalistə aqressiv reaksiyası, daha doğrusu “hücumu” sualın dəqiq hədəfə düşdüyünü sübut edir.

Koqnitiv psixologiyada buna “müdafiə mexanizmi” deyilir.
Belə düşünmək olar ki:
“203 min manat hara xərclənib?” sualı şüuraltı olaraq xalq yazıçısında onun naməhrəm sirlərinə toxunmaq, gizli dünyasına müdaxilə kimi başa düşülür və o bu “sirlər xəzinəsinin” üstünü açmamaq üçün dərhal müdafiə mexanizmini işə salır.

Gəlin cavablara baxaq:
“Utanmırsız xalq yazıçıdan sual verirsiz pullar hanı?”,
“Özün ölmürsən, bu sualı verirsən?”

Əlbəttə “görkəmli” yazıçı suala səbrli və mədəni şəkildə cavab verə bilərdi.
Bəs o niyə aqressivləşdi?

Əgər biz bu cavablara MÜBAHİSƏ-MÜHARİBƏDİR konseptindən yanaşsaq, düşünmək olar ki, yazıçının daxilində artıq çoxdan sadə xalq kütləsi ilə MÜHARİBƏ başlamışdır. Məhz bu səbəbdəndir ki, o elementar suala MÜBAHİSƏ nöqteyi-nəzərindən cavab verir, aqressivləşir, özünü yazıçısı olduğu xalqa güldürür.

P.s. “Görmürsən bu qədər pul yeyib-içməyə xərclənib?” kimi cavablara isə koqnitiv psixologiya müəllifləri izah tapa bilmirlər. Çünki, belə təfəkkür tərzi onların dünyalarında hələ təsbit olunmayıb.
Müəllif: İtalyanşünas alim Gunel Bayramova

0.22046399116516