Hellouin bayramında yaranan izdiham onlarla insanın ölümünə səbəb oldu

 
Cənubi Koreyanın paytaxtı Seulda Hellouin bayramı münasibətilə keçirilən izdihamlı tədbirdə 120 nəfər ölüb. Demokratikmusavat.com xəbər verir ki, bu barədə “Yonhap” agentliyi məlumat yayıb.
Hadisə nəticəsində 100 nəfərin xəsarət aldığı bildirilir.
 
Prezident Yoon Seok-yeol və baş nazir Han Dok-Soo həkimləri lazımi yardım göstərməyə çağırıblar.
 
Hadisə ilə bağlı paytaxt meri Oh Se Hoon Avropaya səfərini yarımçıq qoymaq qərarına gəlib.
 
Bundan əlavə, Yun Seok Yeol hadisə ilə əlaqədar təcili yığıncaq çağırıb.
 
Polis şənbə günü əraziyə 100 minə yaxın insanın toplaşdığını təxmin edir.(APA)
0.25542306900024