“Moskva taxıl dəhlizini bloklamaq üçün saxta bəhanədən istifadə edir”

 

“Moskva taxıl dəhlizini bloklamaq üçün saxta bəhanədən istifadə edir. Mən bütün dövlətləri Rusiyadan aclıq oyunlarını dayandırmağı və öhdəliklərini yerinə yetirməyi tələb etməyə çağırıram”.

“Demokratikmusavat.com ” xəbər verir ki, bunu Ukrayna xarici işlər naziri Dmitri Kuleba özünün tviter hesabında paylaşıb.

“Biz Rusiyanın Qara dəniz Taxıl Təşəbbüsünü məhv etmək planları barədə xəbərdarlıq etmişdik. İndi Moskva milyonlarla insanın ərzaq təhlükəsizliyini təmin edən taxıl dəhlizini bloklamaq üçün saxta bəhanədən istifadə edir. Mən bütün dövlətləri Rusiyadan aclıq oyunlarını dayandırmağı və öhdəliklərini yerinə yetirməyi tələb etməyə çağırıram”, - deyə Ukrayna XİN başçısı qeyd edib.

0.16292905807495