BMT-dən Rusiyanın qərarına ilk münasibət

 

Moskvanın taxıl sazişində iştirakını dayandırmaq qərarı ilə bağlı BMT Rusiya hakimiyyəti ilə əlaqə saxlayır. Demokratikmusavat.com xəbər verir ki, bu barədə ümumdünya təşkilatının baş katibinin rəsmi nümayəndəsi Stefan Dyujarrik məlumat verib.

"Rusiyanın Qara Dəniz Donanmasına hücumla bağlı bu ölkənin Qara Dəniz Taxıl Təşəbbüsündə iştirakının dayandırılması ilə bağlı xəbərləri görmüşük. Bu məsələ ilə bağlı Rusiya hakimiyyət orqanları ilə əlaqə saxlayırıq. BMT həmçinin bütün tərəflərin taxıl sazişinə xələl gətirə biləcək hərəkətlərdən çəkinməsini vacib hesab edir", - o deyib.

"Bütün tərəflərin mühüm humanitar təşəbbüs olan və bütün dünyada milyonlarla insanın qidaya çıxışına açıq-aşkar müsbət təsir göstərən Qara Dəniz Taxıl Təşəbbüsünü təhlükə altına sala biləcək hər hansı bir hərəkətdən çəkinmələri vacibdir", - təşkilatın nümayəndəsi BMT-nin baş katibi bildirib.

Elvin

Demokratikmusavat.com

0.2091691493988