Baydendən mitinqdə maraqlı anlar: İzdihamın içinə atılmaq istədi - VİDEO

 

ABŞ prezidenti Co Bayden Pensilvaniyadakı mitinqdə izdihamın içinə atlamağı simulyasiya edərək tədbir iştirakçılarını əyləndirib.

Demokratikmusavat.com -ın  məlumatına görə, sosial şəbəkələrdə bununla bağlı müvafiq görüntülər yayılıb.

Kadrlardan görünür ki, mitinqdə çıxış etdikdən sonra Bayden sanki səhnədən tullanmaq istəyirmiş kimi davranıb. Yaxınlıqda olan ABŞ-nin vitse-prezidenti Kamala Harris zarafatı başa düşüb və prezidentlə bərabər oyuna qoşulub; guya onu tuturmuş kimi davranıb.

Daha sonra əla əhval-ruhiyyədə olduğu görünən Bayden tamaşaçılara havadan öpüş göndərib və gümrah şəkildə səhnədən qaçıb.

0.1880989074707