Avropa Birliyindən Maska tviterlə bağlı xəbərdarlıq

 

“SpaceX” və “Tesla”nın CEO-su İlon maskın tviteri almasından sonra Avropa Birliyi milayderə xəbərdarlıq xarakterli ismarıc yollayıb.

Demokratikmusavat.com xəbər verir ki, mask tviteri aldıqdan sonra ilk olaraq “quş azaddır” paylaşımı etmişdi.

Milyarderin bu paylaşımına Avropa Birliyi Komissiyasının daxili bazardan məsul üzvü Tiery Bredın cavab verib.

“Avropada quş bizim qaydalarımıza görə uçacaq”,- deyə o qeyd edib.

Xatırladaq ki, İ.Maskın tviter”i alması məhkəmə çəkişməsi ilə yadda qalıb. Belə ki, Mask iyulda platformadakı bot hesablarının çox olduğunu deyərək, satınalma müqaviləsini ləğv etmişdi. Bundan sonra zirkətin bazar dəyəri 6 faiz azalmış, tərəflər məhkəməlik olmuşdu.

Bir neçə gün əvvəl isə Mask tvit ataraq “quş azaddır” sözlərini yazması ilə şirkəti aldığını elan etmişdi.

Billurə

 

0.211256980896