Ürək əməliyyatı keçirən "Polad Alemdar"ın son halı - FOTO

 

“Kurtlar Vadisi” serialındakı "Polad Alemdar" obrazı ilə  məşhurlaşan aktyor, rejissor Necati Şaşmaz xəstəxanadan evə buraxılıb.

Demokratikmusavat.com xəbər verir ki, bu barədə aktyorun özü “Instagram” hesabında paylaşım edib.

“Keçmiş olsun” diləkləriniz qəbul oldu. Təşəkkür edirəm. Keçmiş oldu. İşimizin başındayıq”, - deyə o yazıb.

Qeyd edək ki, sinə ağrısı, sol qolunda ağrı və uyuşma kimi şikayətlərlə xəstəxanaya müraciət edən N.Şaşmaza ürək damarlarında tıxanıqlıq diaqnozu qoyulub.

50 yaşlı aktyor 3 saat davam edən damar açma əməliyyatı keçirib.

Fidan

 

0.15181303024292