Latviya prezidentindən NATO üzvlərinə ÇAĞIRIŞ

 

Finlandiya NATO-ya üzv olduqdan sonra alyansın kollektiv müdafiəsində zəif nöqtəyə çevrilə bilər.

"Demokratikmusavat.com" "axar.az"-a istinadən xəbər verir ki, bu sözləri Latviya Prezidenti Egils Levits “Foreign Policy” nəşrinə müsahibəsində deyib.

Prezident E.Levits buna görə NATO üzvlərinin sərhədlərini möhkəmləndirməsi üçün çağırış edib.

O bildirib ki, hazırda Latviya ərazisində Şimali Atlantika Alyansının 4 minə yaxın hərbi qulluqçusu var. Həmçinin, Madriddə keçirilən sammitdə müttəfiqlər Riqaya daha əhəmiyyətli qruplaşma yaratmağa söz versələr də, bu qərarlar indiyədək icra olunmayıb.

0.16580700874329