“Kəpəz” “Səbail”ə, “Zirə” “Neftçi”yə qarşı

 

Azərbaycan Premyer Liqasında XII turun oyunları keçirilir.

“Demokratikmusavat.com ” xəbər verir ki, bu gün daha iki qarşılaşma baş tutacaq.

“Kəpəz” doğma meydanda “Səbail”lə qarşılaşacaq. Günün digər matçında isə “Zirə” ilə “Neftçi” üz-üzə gələcək.

Xatırladaq ki, ilk oyun günündə “Turan Tovuz” “Sumqayıt”ı 1:0 hesabıyla məğlub edib. Tura sabah keçiriləcək “Şamaxı” – “Qarabağ” və “Sabah” – “Qəbələ” oyunları ilə yekun vurulacaq.

Azərbaycan Premyer Liqası
XII tur
29 oktyabr

“Kəpəz” – “Səbail”
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Rövşən Rəcəbov.
Gəncə şəhər stadionu, 15:00.

“Zirə” – “Neftçi”
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Əli Əliyev.
Zirə İdman Kompleksinin stadionu, 17:30.

0.1423180103302