Rusiyalı tanınmış jurnalist bədbəxt hadisə nəticəsində həlak oldu

 

“Russia Today” media qrupunun Simferopoldakı regional bölməsinin rəhbəri Svetlana Babayeva hərbi idman atıcılığı üzrə məşq edərkən bədbəxt hadisə nəticəsində həlak olub.

O, 2004-2006-cı illərdə “RİA Novosti”nin Böyük Britaniyadakı nümayəndəliyinə rəhbərlik edib, 2008-2012-ci illərdə isə agentliyin ABŞ-dakı bürosunun baş redaktoru olub.

S.babayeva həmçinin “Moskva News” qəzetinin baş redaktorunun müavini, “Profil” jurnalının baş redaktoru işləyib.

2013-2016-cı illərdə o, Gazeta.ru-nun redaksiyasına rəhbərlik edib.

0.18882584571838