Kabildə məsciddə partlayış olub, xəsarət alanlar var

 

Əfqanıstanın paytaxtı Kabil şəhərində yerləşən məscidlərdən birində partlayış baş verb.

Trend xəbər verir ki, bu barədə cümə günü paytaxtın Təhlükəsizlik Departamentinin nümayəndəsinə istinadən "TOLOnews" telekanalı məlumat yayıb.

Məlumata əsasən, partlayış insanların məsciddə namaz qıldığı vaxt baş verib. hadisə nəticəsində 7 nəfər xəsarət alıb.

İnsidentin digər təfərrüatları barədə məlumat verilmir.

0.21692514419556