İran və Ukrayna xarici işlər nazirlərinin telefon danışığı olub

 

İran və Ukrayna xarici işlər nazirləri arasında telefon danışığı olub.

APA xəbər verir ki, bu barədə Ukrayna XİN başçısı Dmitri Kuleba "Twitter"də bildirib.

"Bu gün mənə İranın xarici işlər naziri Hüseyn Əmir-Abdullahian zəng etdi və bu zaman mən İrandan Ukraynada mülki əhalinin öldürülməsi və kritik infrastrukturun məhv edilməsi üçün istifadə edilən Rusiyaya silah axınını dərhal dayandırmasını tələb etdim", - o bildirib.

0.17271709442139