İşxan Saqatelyan: Hər kəs Ermənistandan öz payını almaq istəyir

 

Hakimiyyət başqalarının maraqlarına nail olmaq üçün Ermənistanı alver obyektinə çevirib. 

“Demokratikmusavat.com ” xəbər verir ki, bunu “Ermənistan” blokundan olan deputat İşxan Saqatelyan deyib.

“Brüsselə gedib bir fikir, Moskvada başqa, Vaşinqtonda isə tamam başqa bir fikir səsləndirmək ölkəni ziddiyyətli geosiyasi mərkəzlərin alver obyektinə çevirmək deməkdir. Gecə “Haykakan Jamanak”da nəsə yazıb, gündüz tviterdə başqa bir şey, axşam əminəm ki, başqa bir şey deyəcək, qapalı otağa girib tamam başqa şeylər söyləyəcək. Beləcə, əyalət quldurluğu ilə ölkəni geosiyasi mərkəzlərin kiçik sikkəsinə çevirirlər”, - Saqatelyan bildirib. 

Aİ-nin Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Toivo Klaarın Ermənistana bugünkü səfərinə gəlincə, müxalifətçi deyib: “Belə bir vəziyyətdə hamı Ermənistandan öz payını almaq istəyir. Nikolun təklifi və guya beynəlxalq dəstək proqramı Qarabağın təslim edilməsidir ki, bu da Ermənistan dövlətçiliyinin itirilməsinə gətirib çıxaracaq”.

Mürtəza
Demokratikmusavat.com

0.1433629989624