Nazir CİGEPS-in növbəti iclasına qatıldı

 

Oktyabrın 27-də Fransa paytaxtı Paris şəhərində, UNESCO-nun baş qərargahında Bədən Tərbiyəsi və İdman üzrə Hökumətlərarası Komitənin (CIGEPS) növbəti iclası keçirilir.

“Demokratikmusavat.com ” xəbər verir ki, iclasa gənclər və idman naziri Fərid Qayıbov rəhbərlik edir.

İclas zamanı bir çox məsələlər müzakirə olunacaq.

Komitə iclası çərçivəsində, 2023-cü ilin 14-17 mart tarixlərində Bakı şəhərində keçirilməsi planlaşdırılan Bədən Tərbiyəsi və İdman üzrə Nazirlərin və Yüksək Vəzifəli Şəxslərin VII  Beynəlxalq Konfransının keçirilməsi ilə bağlı UNESCO ilə ev sahibi müqaviləsinin imzalanması da nəzərdə tutulur.

0.14560484886169