Finlandiya yeni ilə qədər NATO-ya üzv olmaq istəyir

 

Finlandiya ilin sonuna qədər NATO-ya üzv olmaq istəyir. Hazırda danışıqlar aktiv mərhələdən keçir və müəyyən irəliləyiş var.

Demokratikmusavat.com axar.az-a istinadən xəbər verir ki, bunu Finlandiyanın müdafiə naziri Antti Kaikkonen deyib.

“Biz bu il NATO-ya daxil olmaq istərdik, lakin bu barədə proqnoz vermək kifayət qədər çətindir”, - o bildirib.

0.15549802780151