Trampın səs yazısı yayıldı: "Rusiya və Çinin bilmədiyi silahlarımız var"

 

ABŞ-ın aparıcı qəzetlərindən olan “Washington Post”un redaktor müavini Bob Vudvord ölkənin keçmiş lideri Donald Trampla müsahibələrini audiokitab kimi dərc edib.

Demokratikmusavat.com xarici KİV-ə istinadla xəbər verir ki, ölkənin məşhur media orqanlarından biri olan CNN-də yayımlanan 5 dekabr 2019-cu il tarixli müsahibənin səsyazması müzakirələrə səbəb olub.
Trampın müsahibə zamanı əvvəllər heç vaxt görülməmiş silahların hazırlandığını iddia etdiyi eşidilib.

O, müsahibəsində aşağıdakı ifadələrdən istifadə edib:
“Mən bu ölkədə əvvəllər heç kimdə olmayan silah sistemləri hazırlamışam. Bizim əvvəllər görmədiyiniz və eşitmədiyiniz şeylər var. Çin Prezidenti Si Cinpin və Rusiya Prezidenti Vladimir Putinin eşitmədiyi silahlarımız var".

Trampın müsahibədə “nüvə silahları” deyərkən dayanaraq ifadəsini “silah sistemləri” ilə dəyişməsi də diqqət çəkib. Sözügedən silahların xüsusiyyətləri ilə bağlı heç bir məlumat paylaşılmayıb.

Digər tərəfdən, Vudvord ABŞ rəsmiləri ilə danışdığını və Trampın açıqlamalarının doğru olduğunu və ölkədə gizli silahın hazırlandığını təsdiqlədiyini deyib. 79 yaşlı jurnalist silahların keyfiyyəti barədə də açıqlama verməyib.

Amerika Elm Adamları Federasiyasının qeyri-kommersiya təşkilatına bağlı Nüvə İnformasiya Layihəsinin direktoru Hans Kristensen bildirib ki, sözügedən qeyddə Tramp “W76-2” kimi tanınan aşağı güclü nüvə başlığına istinad etmiş ola bilər.

Fransa xəbər agentliyi AFP-yə danışan Kristensen ABŞ Milli Nüvə Təhlükəsizliyi Agentliyinin Trampın müsahibəsindən sonra 2019-cu ilin yanvarında “W76-2” istehsalına başladıqlarını açıqlamasına da diqqət çəkib.

Nüvə fiziki Çeril Rofer Trampın bəhs etdiyi silahın Pentaqonun keçən il istehsal edilən “W93” nüvə silahı ola biləcəyini söyləyib.

Billurə

 

0.31898808479309