“Bizim apardığımız ekspertizalar nəticəsində 12 istehsalçıya məxsus şəkər tozu və qənd məhsullarında kükürd dioksid adlanan toksik maddə aşkarlanıb. İstehsalçılar həmin maddədən qəndin rənginin ağardılması üçün istifadə ediblər”.
“Demokratikmusavat.com ” xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli keçirdiyi mətbuat konfransında deyib.
O bildirib ki, sözügedən məhsul bilavasitə insan sağlamlığı üçün təhlükəlidir: “1097 kq o cür məhsul geri çağırılıb. 547 kq məhsul məhv edilib. Anbarlarda olan 5309 kq məhsulun da yenidən emalı təmin edilib”.