İranda oksigen zavodunda partlayış olub: Ölənlər var

 

İranda oksigen zavodunda partlayış olub.

Demokratikmusavat.com musavat.com-a istinadən xəbər verir ki, partlayış Xuzistan əyalətinin mərkəzi Əhvaz şəhərində yerləşən oksigen zavodunda meydana gəlib.

Əhvaz şəhər bələdiyyəsinin yanğınsöndürmə idarəsi və təhlükəsizlik xidmətinin rəhbəri İbrahim Qənbəri hadisə nəticəsində 4 nəfərin həyatını itirdiyini və bir nəfərin yaralandığını deyib.

O, yerli vaxtla ötən gecə saat 20:20-də baş verən partlayışın səbəbinin hələlik məlum olmadığını və qəzanın səbəblərinin araşdırılmasınn bu gündən başlayacağını bildirib.

0.2042920589447