Sinif yoldaşı tərəfindən döyülən şagird danışdı - VİDEO

 

Dünən paytaxtın 112 saylı məktəbində sinif yoldaşı tərəfindən döyülən yeniyetmə hadisə barəsində danışıb. 

Demokratikmusavat.com ARB TV-yə istinadən xəbər verir ki, məktəbli daha əvvəl sinif yoldaşı ilə aralarında mübahisə olmadığını bildirib. 

"Əvvəlcə gəlib mənimlə zarafat etdi. Mən də ona zarafat sevmədiyimi bildirdim. O da gəlib mənimlə belə davrandı. Mən o zərbəni gözləmirdim".

0.13975811004639