Səfərbərlik xəbərindən sonra rusiyalılar dövlət portalını “çökdürdülər”

 

Rusiyada bir çox KİV-in səfərbərliyə çağırış vərəqələrinin Dövlət Xidmətləri portalında (“Qosusluqi”) da dərc olunacağı ilə bağlı xəbər yaymasından sonra portal “çöküb”.

Demokratikmusavat.com xəbər verir ki, səfərbərlik siyahılarında adlarının olub-olmadığını yoxlamaq istəyən istifadəçilər tərəfindən portal yükləndiyi üçün oraya daxil olmaq mümkün olmayıb.

Xatırladaq ki, Rusiya Prezidenti Vladimir Putin ölkədə qismən səfərbərlik elan edib.

0.071254014968872