Güclü zəlzələ Çində 46 nəfərin həyatına son qoydu - VİDEO

 

Çinin cənub-qərbində yerləşən Sıçuan əyalətində baş vermiş 6,8 bal zəlzələ nəticəsində 46 nəfər həlak olub.

Demokratikmusavat.com xəbər verir ki, Çinin Mərkəzi Seysmoloji şəbəkəsinin məlumatına görə, 16 kilometr dərinlikdə qeydə alınan zəlzələ zamanı Qaytnszi rayonunda 29, Yaan şəhərində isə 17 insan ölümü qeydə alınıb.

Təbii hadisə zamanı daha 16 nəfər itkin düşüb, 50-dən çox insan xəsarət alıb, su, elektrik, nəqliyyat və telekommunikasiya infrastrukturu zədələnib,

Çin Sədri Si Szinpin təbii fəlakətdən zərər çəkənləri xilas etmək üçün bütün qüvvələri səfərbər etməyə çağırıb. İnsanların həyatının xilas edilməsinin və itkinin azaldılmasının prioritet vəzifə olduğunu vurğulayan Si diqqətli olmağın vacibliyinə diqqət çəkib.

Si Szinpin zəlzələdən zərər çəkənlərin dərhal köçürülməsi və təhlükə zonasından çıxarılmasının lazım olduğunu deyib. O, ordu və polis qüvvələrinin yerli hökumətlərlə əməkdaşlıq çərçivəsində xilasetmə işlərinə dəstək vermələrini istəyib.

Zəlzələ bölgəsinə Ludin rayonundan 30 yanğınsöndürən və ətraf yaşayış məntəqələrindən 530 xilasedici cəlb edilib.

0.21243095397949