Paralel.az " xəbər verir ki, turun son matçında "Qala ..."> Paralel.az " xəbər verir ki, turun son matçında "Qala ...">

"Qalatasaray" azlıqda əzmkar qələbə qazanıb

 

Futbol üzrə Türkiyə Super Liqasında V tura yekun vurulub.

Demokratikmusavat.com xəbər verir ki, turun son matçında "Qalatasaray" "Qaziantep"i qəbul edib. NEF stadionunda oynanılan qarşılaşma meydan sahiblərinin əzmkar qələbəsi ilə başa çatıb - 2:1.

Hesabı 27-ci dəqiqədə qonaqlardan Anxel Saqal açıb. 36-cı dəqiqədə İstanbul təmsilçisinin hücumçusu Bafetimbi Qomis tarazlığı bərpa edib. 45-ci dəqiqədə "Cim-Bom" azlıqda qalıb. Abdulkerim Bardakçı 2-ci sarı vərəqəni alaraq, meydandan qovulub. 71-ci dəqiqədə Qomis penaltidən yararlana bilməyib. "Sarı-qırmızılılar" qələbə topunu əsas vaxta əlavə olunmuş 2-ci dəqiqədə vurublar. Haris Seferoviç ələ düşən fürsəti boşa verməyib.

Bu qələbədən sonra xallarını 10-a çatdıran "Qalatasaray" 7-ci pilləyə yüksəlib. Eyni xala malik "Qaziantep" isə 5-cidir.

Qeyd edək ki, turnir cədvəlinə 13 xalla "Beşiktaş" başçılıq edir.

0.13701796531677