Azərbaycanlı aktyorun azyaşlı qızı ürəyindən əməliyyat olunub

 

Aktyor Cövdət Şükürovun qızı əməliyyat olunub.

Demokratikmusavat.com xəbər verir ki, aktyor bu barədə instaqram hesabında məlumat verib.

"Dünən gözəl qızım ürəyindən əməliyyat olundu. Şükür Allaha, hər şey yaxşı oldu, amma əməliyyat bitənə kimi 20 ilim getdi deyə bilərəm. Həyatımın ən çətin günündə yanımda olan hər kəsə təşəkkür edirəm, unutmayacağam. Allah hər kəsin övladını qorusun", - o paylaşımına qeyd edib.

Qeyd edək ki, Cövdət Şükürovun bir qız və oğul övladı var.

0.18484807014465