18 mərtəbəli binanın 19-cu mərtəbəsi - Yasamalda ucuz qiymətə satılan mənzillər necə tikilir? - FOTO

 

Paytaxtın Yasamal rayonunda "Yeni Yasamal" qəsəbəsi kimi tanınan ərazidə son zamanlar bazardakı digər mənzillərlə müqayisədə ucuz olan mənzillər satışa çıxarılıb.

Sosial şəbəkələrdə və elan saytlarında satışa çıxarılan bu mənzillərin ortaq cəhəti isə sonuncu mərtəbədə yerləşməsidir.

Beləki, bu mənzillər binaların sonuncu mərtəbəsində 19 və ya 18-ci mərtəbələr də yerləşir. Mənzillər mansard mərtəbədə yerləşsə də, adi mansardlardan hündürlük və genişliyinə görə xeyli dərəcədə fərqlənir.

331865

Mənzillərin ucuz olması isə insanlarda bəzi suallar doğurur.

Demokratikmusavat.com xəbər verir ki, trend-in apardığı araşdırma zamanı məlum oldu ki, bu mansard tipli mənzillər sonradan tikilib.

Yəni bu binalar bir neçə əvvəl tikilib təhvil verilsə də, məhz hazırda satışda olan mansard mərtəbə yaxın zamanlarda tikilərək artırılıb. Bina tikilən zaman bu mansard mərtəbələr olmayıb.

331866

Məsələ ilə bağlı Fövqəladə Hallar Nazirliyindən bildirildi ki, həmin binada aparılan tikinti qanunidir, layihə təsdiqlənən zaman nəzərdə tutulub.

Əməlak məsələləri üzrə ekspert Ramil Osmanlı isə açıqlamasında bildirib ki, tikintilərə rəsmi icazə verilibsə, bu qanuni hesab olunur.

"Lakin bu tipli tikililərin nə dərəcə düzgün olduğunu aydınlaşdırsaq, hüquqi baxımdan qanuni olsa da, texniki baxımdan düzgün deyil. Bu tipli tikililər vətəndaşlar üçün sonradan texniki problemlər yaradır. Digər bir tərəfdən bina istismara qəbul olunubsa, orda yaşayış varsa, sonradan tikintinin aparılması doğru yanaşma deyil. Təbiki rəsmi qurumların icazələri varsa, bu halda mənzillər qanuni hesab olunur"

 

 

0.15605282783508