"Beşiktaş"ın futbolçuları oyundan sonra azarkeşin hücumuna məruz qalıb - VİDEO

 

"Ankaragücü" komandasının azarkeşi "Beşiktaş"a 2:3 hesabı ilə uduzduqları Türkiyə Super Liqasının V tur oyunundan sonra rəqib futbolçulara hücum edib.

Demokratikmusavat.com "Report"a istinadən xəbər verir ki, meydana girən fanat Salih Uçan və Cenk Tosunu təpiklə vurub.

Daha sonra təhlükəsizlik əməkdaşları hadisəyə müdaxilə edib. Bundan əlavə, meydan sahiblərindən texniki zonada əyləşən şəxslərdən biri də Jedson Fernandeşə tərəf qaçmağa başlayıb. "Beşiktaş"ın futbolçuları məsələyə müdaxilə edərək onu uzaqlaşdırmağı bacarıb.

"Ankaragücü"nün prezidenti Faruk Koca baş verənlərə görə İstanbul təmsilçisindən üzr istəyib.

Qeyd edək ki, matç "Beşiktaş"ın 3:2 hesablı qələbəsi ilə yekunlaşıb.

0.17574620246887