Baş nazirdən böhran XƏBƏRDARLIĞI

 

Avropada artan enerji problemləri fonunda İsveç ağır maliyyə böhranı ilə üzləşmək riski daşıyır.

Demokratikmusavat.com xəbər verir ki, bunu Krallığın Baş naziri Maqdalena Anderson jurnalistlər üçün keçirdiyi növbəti brifinqdə deyib.

Onun sözlərinə görə, əgər İsveç hökuməti fəaliyyətsizliyini davam etdirsə, onda ölkə qısa müddət ərzində son bir neçə ilin ən güclü maliyyə böhranı ilə üzləşə bilər.

"Ən pis halda, biz maliyyə böhranına düşə bilərik", - o deyib.

Bundan əlavə, hökumət başçısı vurğulayıb ki, İsveç hakimiyyəti Avropa qitəsində enerji böhranı fonunda ölkənin öz təsərrüfatlarını dəstəksiz qoymayacaq.(Report)

0.19459295272827