Argentinada pnevmoniyaya yoluxanların və ölənlərin sayı artıb

 

Argentinada Tukuman əyalətində daha iki nəfərdə mənşəyi məlum olmayan pnevmoniya aşkarlanıb.

Demokratikmusavat.com xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Bununla da pnevmoniyaya yoluxanların sayı 11 nəfərə çatıb.

Sonuncu yoluxmanın qeydə alındığı xroniki xəstəlikləri olan 64 yaşlı kişi ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib və süni nəfəs aparatına qoşulub.

“NBC News” agentliyi isə bildirib ki, mənşəyi məlum olmayan pnevmoniyadan üç nəfər ölüb.

Eyni zamanda daha 7 nəfərin virusa yoluxduğu bildirilir. Bütün xəstələr Tukumandakı özəl xəstəxanada olublar.

Səhiyyə rəsmilərinin bildirdiyinə görə, xəstələr qızdırma və qarın ağrısından şikayət edirlər.

0.1640739440918