Qazaxıstanda meşə yanğınlarına yaxın kəndlərin sakinləri təxliyə edilir

 

Qazaxıstanın şimalındakı Kostanay vilayətində meşə yanğınlarına yaxın kəndlərin 1 000 nəfərdən çox sakini təxliyə edilib.

Demokratikmusavat.com xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Yanğın güclü külək nəticəsində sürətlə yayılmağa başlayıb. İndiyədək 3 000 hektara qədər meşə sahəsi yanıb.

Fövqəladə hallar naziri Yuri İlin yanğının Amankaraqay kəndi yaxınlığındakı neft bazasına keçməsi təhlükəsi barədə xəbərdarlıq edib.

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Kostanay vilayətinə gözlənilən işgüzar səfəri zamanı əməliyyat qərargahına baş çəkməyi və meşə yanğınlarının aradan qaldırılması üçün görülən tədbirlərlə tanış olmağı planlaşdırır.

0.15887093544006