Çingiz Şahbazi: "Azərbaycan polisinə yaraşmayan bu görüntülər cavabsız qala bilməz"

 

Xaçmaz rayon DYP idarəsinin rəisi və daha idarənin 5 əməkdaşı tutduqları vəzifələrindən azad olunublar.
Bir neçə gün öncə sosial şəbəkələrdə yayımlanan görüntülər bu adamların tutduqları vəzifələrindən uzaqlaşmalarına səbəb olub. Görüntülərdə rəisin otağı sanki bir ofis rolunu oynayır və gərgin ortamda polislər arasında mübahisəli vəziyyət və qarşılıqlı təzyiqlər, məhz bu idarənin nə işlə məşğul olduğunu göstərir.

Azərbaycan polisinə yaraşmayan bu görüntülər cavabsız qala bilməzdi. Belə polislərin, Azərbaycan polis orqanlarında qalaraq işlərinə davam etməsi mümkün ola bilməzdi. Məhz bu səbəbdən onların polis orqanlarından uzaqlaşdırılması ədalətli qərardır. Bu kimi hallar daim diqqət mərkəzində olmalıdır. Cəmiyyət belə hallarda əlaqədar təşkilatlara öz yardımını göstərməlidir.

Demokratikmusavat.com

0.15270400047302