Tovuzda həmkəndlisini qətlə yetirən şəxsin məhkəməsi başlayır

 

Tovuzda həmkəndlisini qətlə yetirməkdə təqsirli bilinən Tural Hüseynovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Demokratikmusavat.com xəbər verir ki, cinayət işinin materialları baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Elmin Rüstəmovun icraatına verilib.

İş üzrə məhkəmə hazırlıq iclası avqustun 31-nə təyin olunub.

Qeyd edək ki, mayın 5-i saat 18 radələrində rayonun Tovuz rayonunun Əyyublu kənd sakini, 1986-cı il təvəllüdlü Bəxtiyar Əkbərovun öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Aparılan araşdırmalarla zərərçəkmişin həmkəndlisi, 1988-ci il təvəllüdlü Tural Hüseynovun şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı Bəxtiyar Əkbərovun ürək nahiyəsinə bıçaqla xəsarət yetirərək onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Tovuz Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (Qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.

Tural Hüseynov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

0.1882688999176