Yardımlıda əhali ayağa qalxdı: Məşğulluq idarəsinin müdiri rüşvət yığır

 

Yardımlı Məşğulluq idarəsi qarşısında etiraz aksiyası: “600 manat rüşvətə 20 qoyun və ya iki qotur inək” – VİDEO)

Köməyə ehtiyacı olan aztəminatlı ailələr dövlətdən kömək umsalar da, yerli məmurlar lazımı yardımı etmək üçün həmin şəxslərdən pul tələb edirlər. Və yaxud həmin şəxsləri illərlə get-gələ salırlar.

"Demokratikmusavat.com"-ın yerli mənbələrdən aldığı xəbərdə bildirilir ki, Yardımlı rayon Məşğulluq şöbəsinin qarşısında etiraza qalxan vətəndaşlardan biri belə idddia ilə çıxış edib.

İddiaya görə, Məşğulluq şöbəsi vətəndaşlardan rüşvət alaraq mal, qoyun verir və ya münasib işlə təmin edir. Rüşvət verilməyən halda isə vətəndaşlar nəinki aylarla, illərlə idarənin qapısında böynubükük qalırlar.

O səbədən də vətəndaşlar kütləvi etiraz aksiyası keçirməklə ədalət axtarışına çıxırlar. Əfsuslar olsun ki, hər zaman ədalət qalib gəlmir. Özü də Yardımlı rayonunda.

Əhalidən gələn xəbərə görə, kabinet xəstəsi sayılan icra başçısını, idarə və müəssələrdən vaxtlı-vaxtında “haqqını” alan hüquq – mühafizə orqanlarını camaatın güzaranı qətiyyən düşündürmür, bundan sonra da heç zaman düşündürməyəcək də…

Bütün bu açıqlamalarla bağlı videosujetdə izləyə bilərsiniz:

 
0.14246082305908