GÖMRÜK KOMİTƏSİNİN VƏZİFƏLİ ŞƏXSİ İNTİHAR ETDİ - Özünü asaraq öldürüb

 

Dövlət Gömrük Komitəsinin (DGK) Cənub Ərazi Baş Gömrük idarəsinin mobil gömrük şöbəsinin rəis müavini intihar edib. APA-ya istinadən xəbər verir ki, hadisə Astara rayonu Rüdəkənar kəndində qeydə alınıb.

Orada kirayədə yaşayan, 1986-cı il təvəllüdlü Cahangirli Əli Nəcəfalı oğlu özünü asaraq öldürüb.

Faktla bağlı Astara rayon Prokurorluğunda araşdırma aparılır.

0.16455578804016