Jurnalisti təhdid edən şəxs saxlanıldı

 

"Kanal 13" internet televiziyasının rəhbəri Əziz Orucovu təhdid edən şəxs saxlanılıb.

"Demokratikmusavat.com" xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev məlumat verib.

DİN rəsmisi bildirib ki, Əziz Orucovu təhdid etməkdə şübhəli bilinən şəxs polis tərəfindən müəyyən olunaraq saxlanılıb. Hazırda o, polis orqanındadır.

Qeyd edək ki, "Kanal 13" internet televiziyasının rəhbəri Əziz Orucov 8 iyul 2022-ci il tarixdə özünün Facebook səhifəsində naməlum şəxs tərəfindən təhdid edildiyi barədə paylaşım edib. Jurnalist hadisənin Bakıda "Sahil" bağında ailəsi ilə birlikdə gəzintidə olarkən baş verdiyini açıqlayıb və bunun peşə fəaliyyəti ilə bağlılığını qabardıb.

0.22521996498108