Paytaxt Bakının avtomobil bazarında durğunluq yaşanır.
Demokratikmusavat.com Xəzər xəbər-ə istinadən xəbər verir ki, satıcılar deyirlər ki, bazarda əsasən az yanacaq işlədən maşınlara üstünlük verilir.
Alıcılar isə bildirirlər ki, maşınların qiyməti bahalaşıb. Qiymət fərqi ötən illə müqayisədə 2-4 min arası dəyişir.
Satıcılar bildirirlər ki, ümumiyyətlə, yay fəslində maşınların qiymətində bahalaşma olur. Səbəb isə bu fəsildə maşına tələbatın çox olmasıdır.
Bazarda Çindən gələn maşınlara tələbatın artdığı bildirilir.