Dubayda yaşayan müəlliməyə əmək haqqı yazıb mənimsəyib
Bir neçə gün əvvəl mediada Gəncədəki İ. Qayıbov adına 1 nömrəli tam orta məktəbin direktoru Mətanət Qarayevanın intihara cəhd etməsi barədə xəbər yayılıb.
Xatırladaq ki, direktorun bu addımının Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin rəhbərliyinin təzyiqlərinə məruz qalması ilə əlaqələndirilib.
Gununsesi.info-nun araşdırması zamanı direktorun özünə qəsd cəhdinin əsl səbəbləri üzə çıxıb. Mətanət Qarayeva özünə qəsd cəhdi ilə ötən illər ərzində törətdiyi qanunsuz əməllərin araşdırılmasının qarşısını almağa çalışıb. Belə ki, regional təhsil idarəsinə həmin məktəbin Nərmin adlı müəllimələrindən birinin uzun müddət Birləşmiş Ərəb Əmirliklərində yaşaması ancaq adının işdə getməsi barədə informasiya daxil olub.
Araşdırma nəticəsində bəlli olub ki, Mətanət Qarayeva Dubayda yaşayan Nərmin müəllimənin maaş kartını özündə saxlayıb.
Araşdırma zamanı məktəbin sabiq ingilis dili müəlliminin 4 aprel 2022-ci il tarixində işdən azad edilməsi, həmin müəllimin dərs saatlarının müvafiq müəllimlər arasında bölünməsi barədə əmrin düzgün olmaması, eləcə də kargüzarlıq işinin düzgün aparılmaması halları məlum olub.
Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin əməkdaşları tərəfindən məktəbin sabiq ingilis dili müəllimi barədə sənədləşmə işinin qanuna müvafiq aparılmadığı məlum olduqdan sonra həmin müəllimin nə vaxtdan ölkə xaricində olması barədə aidiyyəti dövlət orqanlarına sorğu göndərilib.
Sorğuya verilən cavabda müəllimənin adı işdə olduğu müddət ərzində ölkədə olmadığı təsdiqini tapıb. Göründüyü kimi direktorun əməllərinin cinayət məsuliyyətinə səbəb olduğu qaçılmazdır. Ona görə Mətanət Qarayeva intihara cəhd şousu yaratmaqla məsuliyyətdən yayındığını düşünüb.
Əldə etdiyimiz məlumatda da bildirilir ki, artıq yerli prokurorluq məktəb direktoru ilə bağlı araşdırmalara başlayıb.
P.S. Yevlaxın 1,3 və 7 №-li məktəblərində də biabrıçı işlər baş verir.O məktəblər elə adamlar direktoruluq edir ki,bu sadəcə rəzalətdir. Yevlaxın başaq bir məktəbində isə xanım direktor bütün müəllimləri təhid edir, onları şantaj etməkdən belə çəkinmir. Hətta məktəbdə qalmaqallar o həddə çatıb ki, müəlllimələrədn birinin beyninə qan sızıb,nhazırda xəstəxanadadır. Bir sözlə, xanım direktorlar məktəbləri təhsil ocağına yox, qibət, şantaj ocağına çevirblər.
Mister nazir Emin Əmrullayev, hara baxırsınız? Niyə bu ölkənin gələcəyini məhv edirsiniz? Sizə bu haqqı kim və ya kimlər verib? #amrullayev #tehsilnazirliyi