Kremldən Türkiyəyə mesaj: Bir zamanlar Türkiyə də...

 

RF prezidentinin mətbuat katibi Dmitriy Peskob Ukrayna və Moldovanın Avropa Birliyinə namizəd statusu alması ilə bağlı məsələyə aydınlıq gətirərəkən Türkiyə nümunəsini misal çəkib. 

Demokratikmusavat.com ” xəbər verir ki, Peskov Türkiyənin Avropa Birliyinə daxil olmaq üçün illərdir gözlədiyini, lakin namizəd ölkə olmaqdan kənara çıxa bilmədiyini qeyd edib.

 “Mən  hələ  Sovet İttifaqı dövründə   Türkiyədəki səfirliyimizdə diplomat kimi fəaliyyətə başlayanda  Türkiyənin də AB-yə üzvlük  ümidi var idi. AB-yə namizəd olub, Avropanın ayrılmaz bir hissəsi olmaq, “gri” bölgədən çıxmaq, Avropa ilə Asiyanın qovuşduğu bir yerdə, Avrasiya bölgəsində Avropanın tamhüquqlu üzvü olmaq  üçün çox çalışdığını xatırlayıram. Amma bu namizədlikdən o tərəfə getmədi.Ancaq Türkiyə suveren və müstəqil bir ölkəyə çevrildi”-Peskov qeyd edib.

Peskov eyni zamanda Aİ ölkələri liderlərinin Ukrayna və Moldovaya namizəd statusu verməsini Avropanın öz daxili məsələsi kimi xarakterizə edib.

Mürtəza
Demokratikmusavat.com

0.18723607063293