Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombdusman) AZAL-dan təyyarə icarəyə götürməsi barədə xəbər yayılıb.
Ölkə mediası xəbər verir ki, İnsan Hüquqları üzrə Müvəkkil təyyarəni 23-31 may tarixləri arasında icarəyə götürüb və qarşılığında 28 min 900 manat ödəyib.
İcarəyə götürülən təyyarənin hansı model olduğu və hansı məqsədlə götürüldüyü bilinməsə də, təyyarənin Bakı-Füzuli-Bakı istiqamətində səfər etdiyi bildirilir.
Maraqlıdır ki, Ombudsmanın icarəyə götürdüyü təyyarə barədə xəbər gündəm olsa da, Bakı-Füzuli-Bakı marşurutu ilə 29 min manata təyyarə icarəyə götürülməsinin nədənləri açıqlanmır və səfərin hansı məqsədlə təşkil olunduğu barədə məlumat verilmir.
Şahnaz