Əncam çəkən yoxdur
Bu gün Yasamal bazarında olduq. Bazarda satılan meyvələrin qiymətlərilə maraqlandıq.
Yay mövsümünün başlanmasına baxmayaraq, insanlar bazarda meyvələrin və giləmeyvələrin çox baha olduğundan şikayətləndilər. Tutun kloqramı 4 manata, əriyin kiloqramı 6 manata, gilas 5 manata, pamidor 3 manata, xiyar 1 manat 50 qəpiyə satılır.
Bazarda alıcılar çox seyrəkdir. Bunun səbəbini satıcılardan soruşduq. Bir neçə satıcı bazarda bahalıq olduğunu və əksər insanların alıcılıq imkanının aşağı olduğunu bildirdilər.
Bazarda bir neçə alıcının qiymətlər barədə rəyini soruşduq. Rəyini öyrəndiyimiz alıcıların hamısı qiymətlərin həddindən çox baha olduğunu bildirdilər. Pensioner İdris Əliyev sualımıza bir qədər əsəbi halda cavab verdi: "Bazarda bahalıq tüğyan edir, pensiyam o qədər azdır ki, meyvə almağa cəsarət etmirəm. 40 il əmək stajım var, 250 manat pensiya alıram. Aldığım bu pensiya ilə dolanmaq çox çətindir. Övladlarım kömək etməsə, yaşaya bilmərəm"!..
Şahnaz