Yay məktəbinin təşkililə bağlı toplantı keçirilib

 

Məktəb rəhbərləri təlimatlandırılıb

Mil-Muğan Regional Təhsil İdarəsi Beyləqan Rayon Təhsil Sektoru rayonun ümumtəhsil məktəbi rəhbərləri ilə son tədris ilində təlim prosesində yaranmış fasilələrin nəticələrinin aradan qaldırılması ilə bağlı toplantı keçirilib.

Tədbirdə təhsilalanlara zəruri bilik və bacarıqların verilməsi məqsədilə 2022-ci ilin 16- 30 iyun tarixlərində yay məktəblərinin təşkil olhnması müzakirə olunub.

Yığıncaqda sektor müdiri Suliddin Əsgərov və metodik kabinetin müdiri Həsən Məmmədov yay məktəbinin təşkili ilə bağlı normativ sənədlərin və tövsiyələrin ətraflı şərhini veriblər.

Tədbirdə məktəb rəhbərlərinin sualları cavablandırılıb.

Röyal

0.14989304542542