İrəvan sakini aksiya iştirakçılarının üzərinə maşın sürdü

 

Ermənilər müxalifətin aksiyalarından bezib. Müxalifətin etiraz aksiyaları keçirib, İrəvanın küçələrini bağlanması paytaxt sakinlərinin ciddi etirazına səbəb olub. Bu məqsədlə davamlı olaraq sakinlərlə aksiya iştirakçılaır arasında mübahisələr yaşanır.

Demokratikmusavat.com ” xəbər verir ki, bu barədə “Mənim şərəfim” parlament blokunun deputatı Anna Mkrtçyan öz facebook səhifəsində canlı yayımda məlumat verib.

Onun sözlərinə görə, səhər saatlarında bir şəxs öz avtomobilini İrəvanın Fransa meydanında müxalifətin qurduğu çadırın üstünə sürüb, çadırı əzərək hadisə yerindən gedib. Həmin anda içəridə aksiya iştirakçıları olub. Hadisə polislərin gözü qarşısında baş verib. “Bir şəxs heç bir maneə olmadan polisin önündə polis kordonundan keçərək insanların olduğu çadıra girib”, - deyə deputat bildirib. 

Polis isə bununla bağlı heç bir tədbir görməyib və hadisəyə laqeyd yanaşıb. 

Mürtəza
Demokratikmusavat.com

0.25627899169922