Ukrayna ordusu bu şəhərə doğru İRƏLİLƏYİR

 

"Ukrayna ordusu Xerson vilayətində ruslarra qarşı uğurla əks hücuma keçir"

Demokratikmusavat.com xəbər verir ki, bu barədə analitik Maykl Klark bildirib. 

Onun sözlərinə görə, Ukrayna əsgərləri ruslar tərəfindən zəbt edilən Xersonu azad etmək məqsədi ilə hücuma başlayır. Ukrayna Müdafiə Qüvvələri Xersonun şimalında və şimal-şərqində 80 kilometrlik cəbhə açıb. 

Təsdiqlənməmiş məlumatlara görə, son 24 saat ərzində Ukrayna qüvvələri Xersondan 26 km aralıda yerləşən Kiselevkaya çatıb. Bu, Krımı su ilə təmin edən bəndin yerləşdiyi Novaya Kaxovkadan "zərbə məsafəsi"nin həddidir. 

Professor Klark qeyd edib ki, analitiklər Xerson vilayətindəki vəziyyəti çox diqqətlə izləyəcəklər. Onun sözlərinə görə, mübarizə hələlik Ukraynanın xeyrinə inkişaf edir.

0.20331192016602