Rusiya ordusunda “satqın” axtarışı: saxlanılanlar barədə qəribə qərar

 

RF Federal Təhlükəsizlik Xidmətinin əməkdaşları Rusiya ordusunun sıralarında “satqın”ların axtarışına başlayıblar. Ukrayna köklü olanların çoxu saxlanılır.

Demokratikmusavat.com ” xəbər verir ki, bu barədə jurnalist Roman Çımbalyuk Facebook səhifəsində yazıb.

Onun sözlərinə görə, bu yolla FTX Ukrayna ərazisində “səmərəli” iş göstərmək qərarına gəlib. 

“Xüsusi hərbi əməliyyatın Ukrayna mənşəli iştirakçıları satqın kimi təyin edilir. Onlar Ukrayna Silahlı Qüvvələri ilə əməkdaşlıqda ittiham olunur və səhra düşərgələrində saxlanılır. Həmin hərbçilərin sonrakı taleyi məlum deyil və yaxınlarına məlumat verilir ki, onlar döyüş əməliyyatları zamanı itkin düşüb”, - məlumatda deyilir.

Mürtəza
Demokratikmusavat.com

0.21897912025452