Kremlin Ukraynadakı müharibə ilə bağlı üç ssenarisi - ABŞ kəşfiyyatı

 

İyunun ortalarına olan məlumata görə, Rusiyanın Ukraynaya müdaxiləsi əsas həlledici mərhələyə çatıb və Rusiya müharibənin bundan sonrakı mərhələsini üç ssenari üzrə inkişaf etdirə bilər.

Demokratikmusavat.com ”a  xəbər verir ki, bu barədə CNN ABŞ kəşfiyyat analitiklərinə istinadən məlumat yayıb.

Mətbu orqanın yazdığına görə, ABŞ Putinin sonda Ukrayna ərazisinin ələ keçirilən hissəsindən gələcəkdə irəliləyib, yeni ərazilər zəbt etmək üçün plasdarm kimi istifadə edə biləcəyindən ehtiyat edir.

Kəşfiyyat iddia edir ki, Rusiya quru qoşunlarının üçdə birinə qədər itki verib, lakin Putin üçün “siyasi cəhətdən təhlükəli addım” sayılan ümumi səfərbərlik olmadan yeni nailiyyətlər əldə etməyə çalışacaq.

Nəşrin məlumatına görə, hazırda üç mümkün ssenari nəzərdən keçirilir:

Ssenari 1:
Rusiya Donbasda kiçik ərazilərə ələ keçirməklə uğurlarını davam etdirə bilər. Bu, davamlı lokal hücumlarla artilleriya və şəxsi heyətin sayının üstünlüyü hesabına asta-asta irəliləməsi mümkündür. 

Ssenari 2:
Cəbhə illərlə olmasa da, aylarla dayanıb hərəkətsiz qala bilər. Bu, hər iki tərəf üçün böyük itkilərə səbəb olacaq və Qərb üçün dünya iqtisadiyyatının tükənməsi səbəbindən böhranın kəskinləşməsi təhlükəsini xeyli artıracaq.

Ssenari 3: 
Bu ssenari mümkünsüz hesab olunur. Söhbət ondan gedir ki, işğalçı ölkənin prezidenti Putin işğalın yaxın vəzifələrini yenidən nəzərdən keçirmək qərarına gəlir, “qələbə” elan edir və hərbi əməliyyatları minimuma endirməyə çalışır. 
Ukraynanın hələ Donbasda genişmiqyaslı əks-hücum üçün kifayət qədər resursu olmadığı üçün bu cəbhədə hərbi əməliyyatların aparılması təşəbbüsü Rusiyada qalır və ssenari seçimini Kreml edir.

Mürtəza
Demokratikmusavat.com

0.22900700569153